Yasamalda səkilər də satılır - Foto
Yasamalda səkilər də satılır - Foto
“Artıq kifayətdir“ - Egede Trampa səsləndi
Ukrayna pilotsuz aparatlarla Moskvaya hücum edib
15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub
“Boranı“ restoranında yanğın söndürülüb
Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub


16.03.2022  11:03 

21 gün düşmən mühasirəsində...





A+  A-

21 gündür müdafiə olunan Ukryanya ordusu Kiyev ətrafı daxil olmaqla bir çox istiqamətlərdə uğurlu əks-hücum əməliyyatları həyəta keçirib. Önümüzdəki 1-2 gün çox ağır ola bilər. Ukrayna var gücü ilə düşmənin tükənməkdə olan son gücünü məhv edəcək!

Rovo, Eyyub Səmədov:
- Gəcə saat 02:00’dan etibarən həyəcan siqnalı olsa da şəhərdə və vilayətdə sakitçilik olub.

Poltava, Füzuli Qəmbərov:
- Şükürlər olsun ki, şəhərdə sakitçilikdir. Dünən 18 soydaşımızı Lvova təxliyə olunub.

Zaporoje, Vahid Təhməzov:
-Bir neçə gündür nisbi sakitçilik olan Zaporojeyə səhər -saatlarında vağzal tətəginə raket zərbələri endirilib. Vasiyevka və Melitopol ətrafında döyüşlər davam edir. Melitopoldan təxliyə olunan 7 soydaşımızı Dneprə təxliyə olundu. Şəhərdən çıxan qatarlara növbə çoxdur.

Xerson, Dəyanət Məmmədov:
-Dünən Xerson ətrafında güclü döyüşlər gedib. Ruslar bir çox ağır texnikasını şəhərdən kolon halında çıxarıblar. Soydaşlarımız humanitar koridor və təxliyə gözləyir.

Krivoy Roq, Kamal Ağayev:
- Şəhərdə nisbi sakitçilikdir. Dünən Krivoy Roqa tərəf hərəkət edən düşmən kolonu Baştanka rayonunda məhv edilib. Təxliyələr isə davam edir; dünən 20 qadın və uşaq təxliyə olunub. Bundan əlavə şəhərin xəstəxanalarına diasporumuz tərəfindən mütəmadi yardımlar olunur.

Çerkası, Nurəli Məmmədov:
-Şəhərdə vəziyyət normaldır. Nisbi sakitçilikdir.

Bu gün ərzində Kievdə (sabah saat 07:00’a qədər) komendant saatı tətbiq olunur. Şəhərə yaxınlaşmağa cəsarət və güc tapmayan düşmən yenə raketlərlə nəsə eləməyə çalışır.

Ceyhun Kəsəmən
Ukrayna Azərbaycanlıları Radası



Xəbər 2326 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +