Yasamalda səkilər də satılır - Foto
Yasamalda səkilər də satılır - Foto
“Artıq kifayətdir“ - Egede Trampa səsləndi
Ukrayna pilotsuz aparatlarla Moskvaya hücum edib
15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub
“Boranı“ restoranında yanğın söndürülüb
Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub


02.05.2019  11:21 

DSMF-də “sistem tıxacı“ - Arayış almaq istəyən şəxslər incidilir





A+  A-

"Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon Şöbəsindən arayış almaq istəyən vətəndaşlar günlərlə get-gələ salınır".
XəzərNews.az xəbər verir ki, bu barədə Qlobal.az-a verilən məlumatda deyilir.

Məlumata görə banklardan kredit götürmək istəyən şəxslərdən Dövlət Müdafiə Fondundan arayış gətirmələri tələb olunur. Qeyd olunan arayış üçün DSMF-nin Bərdə rayon şöbəsinə müraciət edən şəxslər isə günlərlə get-gələ məcbur edilirlər.

"Bizə öncə "4-cü otaq" deyilən yerdə üzərində heç bir möhürü olmayan aldığımız penisiyanın rəqəmi yazılmış kağız verib yollayırlar digər otağa. Orada 1-2 saat növbədə, basabasda qalandan sonra bizdən bu kağızı alıb nəysə qeyd eləyib səhər gəlməyimizi deyirlər. Sabah isə yenə də 1-2 saat növbədə qalandan sonra yenidən sənədlərimizi alıb nəysə yazıb sabah yenidən gəlməyimizi deyirlər. Bir arayış üçün 3 dəfə DSMF-nun Bərdə rayon şöbəsinə gəlməlisən. Arayışın niyə belə gec verildiyini soruşduqda isə sistem probleminin olduğunu, sistemin gec qeydə aldığını deyirlər".

Məlumatda daha sonra deyilir:

"Bəzən camaat az qalır pəncərədən içəri girsin. Çünki idarə işçiləri sanki bizim bu əziyyətimizdən, növbədə, basabasda qalmağımızdan həzz alırlar. Kredit çıxardanı söyə-söyə bizə arayış verirlər. Hətta bu azmış kimi basabasın otasında müdir bütün işləri saxlatdırıb idarədə iclas keçirir. İnsanlar da oturub bu istidə iclasın nə zaman bitəcəyini gözləyirlər".

Baş verənlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiə nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat Xidməti baş verənlərə münasibət bildirmədi.




Xəbər 2236 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +