Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


01.02.2025  17:45 

Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı





A+  A-

"World Vision International” ("Dünyaya baxış”) beynəlxalq humanitar təşkilatının Azərbaycan nümayəndəliyinin külli miqdarda vergi borcu yaranıb.

XəzərNews.az xəbər verir ki, 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərən bu təşkilatın 590 min manat vergi borcu var.

Qeyd edək ki, "World Vision International” humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyi 30 il müddətində ölkədə müxtəlif layihələr həyata keçirib.

Təşkilat Azərbaycanda fəaliyyətə ilk olaraq 1994-cü ildə məcburi köçkün və qaçqınlara BMT-nin Ümumdünya Ərzaq Proqramının ərzaq yardımı ilə başlayıb. Ardınca sığınacaqların tikilməsi və bərpası, icmaların təşkilatlanması, mikromaliyyə, inklüziv təhsil və digər inkişafyönümlü layihələr həyata keçirib.

Təşkilat bir çox icra hakimiyyətləri, nazirliklər, rəsmi qurumlarla birgə əməkdaşlıq çərçivəsində çoxsaylı sosial layihələr həyata keçirib.

Qeyd edək ki, təşkilatın direktoru və qanuni təmsilçisi Giorgi Devidzedir./Musavat.com

Xəbər 4071 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +