Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


25.12.2017  09:57 

Kərə yağı ucuzlaşdı





A+  A-

Dövlət başçısının göstərişindən sonra Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarının 3 dəfə azaldılması həftəsonu kərə yağının qiymətinə təsir edib.
XəzərNews.az musavat.com-a istinadən bildirir ki, paytaxtın iri ticarət mərkəzlərində Yeni Zelandiya istehsalı olan "Golden Grown" markalı kərə yağı 80 qəpik ucuzlaşaraq, 17.10 AZN-dən 16.30-a düşüb. "Westgold" kərə yağının qiymətində də endirim qeydə alınıb. Belə ki, bu kərə yağının bir kiloqramı 70 qəpiyədək ucuzlaşıb. Hazırda yağın qiyməti 16.80 AZN-dir.

Satıcıların bildirdiyinə görə, hələlik yalnız adıçəkilən kərə yağlarının qiyməti enib, bu isə gömrük rüsumlarının aşağı salınması ilə bağlıdır. Hələlik endirimlər duru yağlara tətbiq olunmayıb. Ancaq 2018-ci ilin ilk ayından kərə yağının digər növlərinin qiymətinin də azalacağı, həmçinin qiyməti artıq aşağı düşmüş yağ növlərinin bir daha ucuzlaşacağı barədə xoş xəbər var.

Xəbər 1739 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +