Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


08.10.2018  09:05 

Azərbaycan olimpiadada ilk medalını qazandı





A+  A-

Azərbaycan millisi Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb.
XəzərNews.az xəbər verir ki, Olimpiadanın cüdo yarışlarında 66 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz Vüqar Talıbov ilk görüşündə yəmənli Əhəd Əl-Saqheeraya qalib gəlib.

Tacikistanlı Camşed Sulaimoni və Antonio Tornalanı (Dominikan Respublikası) məğlub edən cüdoçumuz finala yüksəlib. Qızıl medal uğrunda görüşdə rusiyalı Abrek Naquçevə qalib gələn V.Talıbov Olimpiya çempionu olub.

Qeyd edək ki, Olimpiadada 206 ölkədən 4 mindən artıq idmançı iştirak edir. Azərbaycan yarışlarda 17 idmançı ilə təmsil olunur. İdmançılarımız gimnastika, boks, atletika, güləş, cüdo, üzgüçülük, taekvondo və stolüstü tennis idman növlərində mübarizə aparacaqlar.

Xəbər 1621 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +