Bakıda İsrail və Suriya görüşü keçiriləcək
Məktəbə gedən ana və iki övladını maşın vurub
“Qarabağ” tarix yazdı
“Qarabağ“ın gəncləri “Benfika“ya uduzdu
Prezidentlər Şuşa qalası önündə foto çəkdiriblər
Əməliyyatdan sonra qadın iflic oldu
Qızına qarşı cinsi zorakılıq edən şəxs 13 il iş aldı
ABŞ: “Müharibə 90 günə bitə bilər”
Tanınmış şairin səhhəti pisləşib
Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqlayıb


28.08.2017  12:28 

Partlayışda yaralanan şəxs Bakıya gətirilib





A+  A-

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin utilləşmə üçün hazırlanan silah-sursat anbarında baş verən yanğın və partlayışda xəsarət alaraq Siyəzən Regional Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilən şəxs Bakıya gətirilib.
XəzərNews.az “Report”a istinadən xəbər verir ki, partlayışda yaralanan Siyəzən rayon sakini, 1990-cı il təvəllüdlü Məmmədyarov Samir Famil oğlu ötən gecə təcili tibbi yardım maşını ilə paytaxta gətirilib və xəstəxanalardan birinə yerləşdirilib.

S.Məmmədyarovun xəsarətlərinin ağır olmadığı bildirilib. Həkimlər onun vəziyyətini sabit kimi qiymətləndiriblər.

Qeyd edək ki, ötən gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində naməlum səbəbdən baş verən yanğın nəticəsində həmin hərbi hissənin utiləşmə üçün hazırlanan silah-sursat anbarında partlayışlar baş verib. Hadisə nəticəsində 6 nəfər yaralanıb. Onlardan 5-i artıq evə buraxılıb.
Prezident İlham Əliyevin tapşırığına əsasən, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Baş Prokurorluq, yerli icra strukturları və digər dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılıb.
Hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət başlanıb.



Xəbər 3172 dəfə oxunub.



17.09.2025  01:20 

“Qarabağ” tarix yazdı

16.09.2025  10:29 

Bakıda intihara cəhd olub

15.09.2025  17:30 

“Vüsal 300“ həbs EDİLDİ


BÜTÜN XƏBƏRLƏR +