“Tamstore”da satışda olan kərə yağı yararsız çıxdı
Məlhəm Beynəlxalq Hospitalına sanksiya tətbiq edildi
Prezident “ŞƏT plyus” formatında görüşdə çıxış etdi
“Neftçi”dən inciməmişəm” - Qurban Qurbanov
Bulvarda dənizdə batan qadın xilas edildi
ATƏT-in Minsk qrupu rəsmən ləğv olundu
Bakıda bu ərazidə hər gün zibil yandırılır
Hindistandan Azərbaycana qarşı düşmən addım
Yasamalda sürücüləri narahat edən bərbad yol
Mərkəzi parkda ikiyaşlı uşaq kanalizasiya quyusuna düşdü


31.08.2025  14:18 

Trampdan konspirasiya nəzəriyyəçilərini coşduran paylaşım - Nə demək istədi?





A+  A-

ABŞ prezidenti Donald Trampın “Truth Social” sosial şəbəkəsində paylaşdığı foto müzakirələrə səbəb olub.

XəzərNews.az Publika.az-a istinadən xəbər verir ki, şəkildə “Dünya tezliklə başa düşəcək. Gələni heç nə dayandıra bilməz”, - ifadələri yer alıb.

Süni intellektlə yaradılan görüntüdə Tramp əllərini yuxarı qaldırıb. Onun sol ovucunda Q+ işarəsi var. Bu işarəni, adətən "QAnon" konspirasiya nəzəriyyəçiləri istifadə edirlər.

Trampın ilk dövründə yaranmış "QAnon" hərəkatının ardıcılları əmindirlər ki, ABŞ və ümumilikdə dünya gizli və güclü pedofillərdən ibarət beynəlxalq şəbəkə olan "Dərin dövlət" tərəfindən idarə olunur. Onlar Trampın “Dərin dövlət”ə qarşı gizli mübarizə apardığını bildirir və ondan yaxın vaxtlarda hansısa qətiyyətli addımlar gözləyirlər.

"QAnon" tərəfdarlarının çoxu iddia edir ki, bu şəbəkə təkcə uşaqlara qarşı zorakılıq etmir, həm də onlardan ömürlərini uzatmaq üçün istifadə edirlər.

Xəbər 769 dəfə oxunub.




01.09.2025  16:49 

Teymur Musayev nazirlikdən getdi

01.09.2025  13:58 

“Kriti“ Vüsal saxlanıldı

01.09.2025  12:21 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +