Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


08.07.2021  11:37 

İsrailin yeni Prezidenti and içdi





A+  A-

Yəhudi agentliyinin və İşçi partiyasının keçmiş rəhbəri İshaq Hersoq and içərək rəsmi olaraq İsrailin 11-ci Prezidenti vəzifəsinə keçib.
XəzərNews.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, inauqurasiya mərasimi Knessetdə baş tutub. Mərasimdə ölkənin sabiq Prezidenti Reuven Rivlin, Baş nazir Naftali Bennet, deputatlar və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

Qeyd edək ki, Knesset iyunun 2-də İshaq Hersoqu ölkənin Prezidenti vəzifəsinə seçib. Səsvermənin birinci turunda 120 deputatdan 87-si öz səsini Hersoqa verib. Onun rəqibi Miriam Peretz isə 27 səs toplayıb. Beləliklə, İ.Hersoq İsrailin 11-ci Prezidenti seçilib.

İshaq Hersoq ölkənin 6-cı Prezidenti Haim Hersoqun (1983-1993-cü illər) oğludur. İ. Hersoq 2013-2017-ci illərdə “Avoda” adlı İşçi partiyasına rəhbərlik edib.

Xatırladaq ki, İsraildə prezident 7 illik müddət üçün seçilir və siyasi çəkisi baxımından simvolik fiqur hesab olunur. Prezidentdən fərqli olaraq, ölkənin Baş naziri daha geniş səlahiyyətlərə sahibdir.

Bu ölkədə prezidentin vəzifələri məhbusları əfv etmək, səfirlərin etimadnaməsini qəbul etmək və dövlətin təşkili üçün nümayəndələrin təyin olunmasından ibarətdir.

Xəbər 1871 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +