Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


30.03.2019  13:42 

Slovakiyada prezident seçkiləri keçirilir





A+  A-

Slovakiyada prezident seçkilərinin ikinci turu keçirilir.
XəzərNews.az xəbər verir ki, bu gün səhər saat 07:00-dan etibarən ölkə üzrə bütün seçki məntəqələri səsvermə hüququna malik 4,45 milyon seçici üçün açılıb. Səsvermə prosesi axşam saat 22:00-dək davam edəcək.

Vətəndaşlar birinci turda ən çox səs toplayan iki namizəddən birini – 45 yaşlı vəkil Zuzan Çaputovu, yaxud da Avropa Komissiyasının 52 yaşlı sədr müavini Maroş Şefçoviçi Slovakiyanın 5-ci prezidenti seçəcəklər.

Qeyd edək ki, 16 martda keçirilən birinci turda Slovakiyanın 5-ci prezidenti seçilmək uğrunda 13 namizəd mübarizə aparıb. Slovakiyanın hazırkı prezidenti Andrey Kiska ikinci dəfə seçilmək üçün namizədliyini irəli sürməyib.

Slovakiyada prezident 5 il müddətinə seçilir. Onun səlahiyyət dairəsi bir qədər məhdud olsa da, tam simvolik də deyil. Slovakiyada prezident baş nazir postuna və eləcə də, Konstitusiya Məhkəməsinin hakimləri postuna namizədlər irəli sürmək, əksər səs çoxluğu ilə qəbul edilən qanunlar istisna olmaqla digər bütün qanunlara veto qoymaq və başqa səlahiyyətlərə malikdir.

Xəbər 1387 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +