Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


05.02.2025  11:14 

“Qumar kralı“ kimi tanınan Şəkili Yusif həbs edildi





A+  A-

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qumar oyunlarının təşkilinə qarşı əməliyyat keçirib.

Əməliyyatla ölkədə "qumar kralı” kimi tanınan Yusif Baqiyev (Şəkili) də saxlanılıb.

Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) və 244-1.4-cü (qumar oyunlarını təşkil etmə və keçirmə-xüsusilə külli miqdarda gəlir əldə etməklə ) maddələri ilə ittiham elan edilib.

Bu maddələrin sanksiyasında 12 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Yusif Baqiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Ağır cinayətlərdə təqsirləndirilən Baqiyevin cinayət işinin detalları barədə əlavə məlumat verilməyib. Hazırda iş üzrə ilkin istintaq aparılır.

Qeyd edək ki, Şəkili Yusif kimi tanınan Yusif Baqiyevin adı mediada tez-tez hallanır. Onun Bakıda yerləşən iaşə obyektlərində qanunsuz qumar oyunları təşkil etdiyi deyilir./"Qafqazinfo”

Xəbər 333 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +