İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


23.11.2023  13:06 

Daha iki jurnalist polisə çağırıldı





A+  A-

Jurnalistlər Nərgiz Absalamova və Sahilə Aslanova “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızına qarşı açılan cinayət işi ilə bağlı şahid qismində Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

Xəzərnews.az xəbər verir ki, onlara bu gün ərzində İdarəyə gəlmək üçün ayrı-ayrı vaxtlar təyin olunub.

Xatırladaq ki, “Abzas Media”nın direktoru Ülvi Həsənli noyabrın 20-də səhər saat 5 radələrində evinin qarşısında taksiyə minərkən saxlanılıb.

Günorta isə “AbzasMedia”nın ofisində axtarış aparılıb.

Axtarış nəticəsində ofisdən 40 min avro pul tapıldığı iddia olunub.

Mətbuat orqanının baş redaktoru Sevinc Vaqifqızı isə noyabrın 21-nə keçən gecə saat 2 radələrində İstanbuldan gələn təyyarə Bakıda yerə enən kimi saxlanılıb.
Daha sonra gecə saat 3 radələrində onun yaşadığı evdə axtarış aparılıb. Ancaq mənzildən heç nə tapılmadığı bildirilir.

Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.

Ötən axşam Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Ülvi Həsənli barəsində 4 ay, Sevinc Vaqifqızı haqqında isə 3 ay 29 günlük həbs qətimkan tədbiri seçilib.

Sevinc Vaqifqızı hakimə deyib ki, Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə irəli sürülmüş ittiham saxtadır. O bildirib ki, həbsinin səbəbi “AbzasMedia”dakı jurnalist fəaliyyəti, hakimiyyətdəkilərin korrupsiya əməlləri barədə araşdırmalarıdır. Ülvi Həsənli də məhkəmədə qaçaqmalçılıq ittihamının absurd olduğunu, ofisdən tapıldığı iddia olunan pulların orada axtarış aparanların özlərinin atdığını deyib.

Həmçinin ictimai fəal, “Abzas Media”nın direktor müavini Məhəmməd Kekalov da saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev onun müvafiq cinayət işi üzrə məsuliyyətə cəlb edildiyini, araşdırma aparıldığını bildirib. DİN-inmətbuat katibi Elşad Hacıyev isə onun Cinayət Məcəlləsinin 206.3.2-ci (Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə qaçalmalçılıq) maddəsilə ittiham olunduğunu açıqlayıb./Yeniavaz

Xəbər 5479 dəfə oxunub.




01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  18:45 

Bakıda azyaşlı itkin düşüb

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +