Bu yollarda sıxlıq var - Siyahı
Məşhur kosmetoloq plagiatda günahlandırıldı
İlham Səlimzadə 19 kq narkotiklə tutuldu
Bu Mərkəzə direktor təyin edildi
Ruslar 8 deputata qarşı terror hazırlayıbmış - Foto
“Medeks“ 2 ildə 3 milyonluq tenderi necə qazanıb?
“Jasmine Park”ın “kupça” oyunu: Əlavə pul qazanır
Bakıda ŞOK: Məktəbin həyətində yaşayış binası tikdilər
Ukrayna “Şahed”i tutacaq pilotsuz uçan aparatı təqdim edib
Azərbaycanda orqan mafiyası ilə bağlı ŞOK İDDİA


24.05.2017  15:59 

“Samir Şərifovun dedikləri baş tutmayacaq” - İqtisadçı





A+  A-

Maliyyə naziri Samir Şərifov "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) tezliklə özəlləşdiriləcəyi ilə bağlı açıqlama verib.
Nazir prosesin 2018-ci ildən tez baş verməyəcəyini bəyan edib.

ABB-nin özəlləşdirilməsi məsələsini şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, yaxın 2-3 il ərzində bu prosesin baş verməsi inandırıcı görünmür:

"10 il bundan qabaq Beynəlxalq Bank özəlləşsəydi və özəl kapital kimi idarə olunsaydı, bu gün yaşanan problemlərlə də qarşılaşmazdılar. Samir Şərifov da çox optimistik danışıb ki, 2018-ci ildə bank özəlləşməyə çıxarıla bilər. Çünki 2018-ci ildə bankın problemlərini tam həll edib, özəlləşmə üçün cazibəli hala gətirmək mümkün olmayacaq. Hazırda xarici kreditorlarla çox sərt danışıqlar gedir və bu danışıqların nəticəsində Beynəlxalq Bankın xarici öhdəliklərinin dövlət tərəfindən ödənilməsi qrafikləri təsdiqlənməlidir. Bu borclar tam silinmədən, Beynəlxalq Bankın problemləri tam təmizlənmədən, aktivləri müsbətə çıxmadan, gəlirlilik səviyyəsi artmadıqca heç bir xarici investor Beynəlxalq Bankla maraqlanmayacaq”.



İqtisadçı hesab edir ki, dünyada imici zədələnmiş ABB-yə xarici investor tapmaq çətin olacaq: "Özü də indiki ağır bir durumdan sonra. Çünki dünyada Beynəlxalq Bankla bağlı çox pis bir imic formalaşıb. Bütün aparıcı mətbuat Azərbaycanda Beynəlxalq Bankın iflasa uğradığını və öz öhdəliklərini yerinə yetirə bilmədiyi haqda məlumatlar yaydı. Bu da investorları qaçıran əsas amillərdən biridir. Mən inanmıram ki, yaxın gələcəkdə Beynəlxalq Bankı cazibəli hala gətirib aparıcı investrolara təqdim edə bilərlər. Daxili investorlar ola bilər. Ola bilər ki, daxili maliyyə holdinqlərindən biri gələcəkdə Beynəlxalq Bankın daşınmaz əmlakının, binlarının çox olduğunu nəzərə alaraq özəlləşdirmək istəyə bilər. Bu da ölkəyə ciddi bir xeyir gətirməyəcək. Nə qədər ki, ölkəyə xarici investorlar gəlmir, istəyir bank, istəyir özəl sektor olsun, orada dayanıqlı inkişaf mümkün deyil. Ona görə də Samir Şərifovun özəlləşmə ilə bağlı verdiyi bəyanata mən skeptik yanaşıram. Bunun yaxın gələcəkdə reallaşması çətin görünür. Ona görə də bankın bütün problemləri əvvəlcə həll olunmalı, bütün borclar təmizlənəndən sonra aktivləri müsbət hala gəlməli, gəlirlilik səviyyəsi artmalıdır ki, hər hansı formada investor tapmaq mümkün olsun. Yaxın illərdə - ən azı 2-3 ildə bunu etmək çox çətin olacaq”.

Bankın tam olaraq neçənci ildə özəlləşməyə hazır olacağı ilə bağlı da danışan N.Cəfərli qeyd edib ki, 2019-cu il bunun üçün daha real görünür: "Əgər xarici kreditorlarla ödəmə qrafiki təsdiqlənsə və bu təsdiqlənmiş qrafiklə yaxın 1 il ərzində bankın borclarının silinməsinə nail olunsa, daxildə borcların tamam təmizlənməsi prosesləri başa çatsa, ən yaxşı halda 2019-2020-ci illərdə bankı özəlləşdirməyə çıxarmaq olar. Ona görə də Samir Şərifovun dedikləri mənə real görünmür. Bankın borcu hələ də başa çatmayıb. Təxminən 4 milyard manata yaxın daxili borcu var. Amma bu demək deyil ki, xarici investorlar o dəqiqə buna maraq göstərəcək. İmicin yenidən formalaşması və müsbət mesajların verilməsi üçün kifayət qədər böyük zamanın keçməsinə ehtiyac var. Ən az 2-3 ildən sonra bununla bağlı müəyyən addımların atılması ehtimalı ola bilər. Amma daxili investorlardan birinə satılacaqsa, bunun effekti olmayacaq”

(bakipost.az)

Xəbər 2095 dəfə oxunub.




10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi

09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +