Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


17.01.2019  13:11 

Sabunçuda əməliyyat - Silahlı şəxs tutuldu





A+  A-

Polis əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
XəzərNews.az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinə əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Çingiz Maşallayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Onun əlindəki idman çantasına baxış zamanı 1 ədəd “AKM” markalı avtomat, 21 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb. Ç.Maşallayev ifadəsində həmin silah-sursatın ona məxsus olduğunu və bir müddət əvvəl Ramana qəsəbəsindən tapdığını bildirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Xəbər 1425 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +