Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


26.12.2018  15:58 

Daha bir piyadanı vurub qaçan saxlanıldı





A+  A-

Bakı-Quba yolunda piyadanı vurub öldürərək qaçan sürücü saxlanılıb.
Baş Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, dekabrın 25-də saat 01 radələrində Bakı-Quba-Dağıstan avtomobil yolunun 175-ci kilometrliyində şəxsiyyəti məlum olmayan sürücü idarə etdiyi dövlət qeydiyyat nişanı və markası məlum olmayan avtomobillə, piyada Qusar rayon sakini Bəhruz Koroğluyevi vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Fakta görə Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Ölümlə nəticələnən yol nəqliyyat hadisəsinin Xaçmaz rayon sakini Tariyel Məmmədovun idarə etdiyi “QAZ-31105-100” markalı, 27-BS-827 dövlət qeydiyyat nişanlı avtomobillə törətməsində əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Xəbər 1235 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +