Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


16.12.2018  19:26 

Polis məmurunun boğazını kəsdilər





A+  A-

Türkiyənin Beşiktaş şəhərində qız dostunun ad gününə qatılan polis məmuru Əhməd Faruk narkoman və dostlarının hücumuna məruz qalıb.
XəzərNews.az teleqraf-a istinadən bildirir ki, qız dostu A.T ilə görüşən Əhməd Faruk birlikdə ad gününü qeyd ediblər. Gecə saat 02.30 radələrində onlar kafedən çıxaraq gəzməyə başlayıblar. Bir müddət sonra acan dostlar dönər alıblar. A.T və Əhməd Farukun qarşısını kəsən bir kişi zorla onların dönərini əllərindən alıb və pul tələb edib. Bu zaman polis məmuru ilə həmin şəxs arasında mübahisə yaranıb. Həmin şəxs qaçaraq hadisə yerindən uzaqlaşıb.

Yaşanan olaydan sonra polis məmuru qız dostunu taksiyə mindirərək evə yola salıb. Bundan sonra az əvvəl ona hücum edən şəxs 2 dostu ilə yenidən Əhməd Farukun qarışını kəsiblər. Tərəflər arasında dava düşüb. Həmin şəxslərdən biri şüşə parçası ilə polis məmurunun boğazını kəsib.

Son məlumata görə, polis məmuru xəstəxanaya yerləşdirilib və ona yardım göstərilib. Hadisə yerindən qaçan dostlar - Sərdar D., A.S. və Veysi U. polis tərəfindən saxlanılıblar. Narkotik qəbul edən Sərdar D. və A.S-nın əvvələr də oğurluq və quldurluq kimi cinayətlər törətdikləri bildirilir.

Xəbər 1632 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +