İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


18.10.2018  12:08 

İmişlidə çoban 2 nəfəri güllələdi





A+  A-

Oktyabrın 14-də saat 23 radələrində Saatlı rayonu ərazisində Goranboy rayon sakini Sərxan Mirzəyevin əlindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, rayonun Orta Muğan kəndindəki fermaların birində çoban işləyən S.Mirzəyev xəsarəti digər çoban yoldaşı, İmişli rayon sakini Aqşin Astanovun ov tüfəngindən açdığı atəş nəticəsində alıb.

Dərhal keçirilmiş təxirəsalınmaz tədbirlərlə A.Astanov İmişli rayonunun ərazisində saxlanılıb.

İstintaq-əməliyyat tədbirləri ilə A.Astanovun həmin gün axşam törətdiyi daha bir ağır cinayətin üstü açılıb.

Belə ki, bu şəxsin Sabirabad rayonunun Xəlfəli kəndi ərazisində onunla birgə işləyən Bakı şəhər sakini Natiq Gülbalayevlə aralarında baş vermiş münaqişə zəminində tüfəngdən açdığı atəşlə sonuncunu qətlə yetirməsi, meyitini isə həmin kəndin ərazisindən keçən kanala atması müəyyən edilib.

Meyitin və cinayət törədilərkən istifadə edilmiş tüfəngin tapılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər 1545 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +