İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


08.09.2018  17:53 

Azərbaycanda rekord miqdarda narkotik vasitə müsadirə olundu





A+  A-

Saatlı rayonunda 190 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əmioğlanları saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində qətiyyətli tədbirlər uğurla davam etdirilir.

Belə ki, daxil olmuş məlumat əsasında Saatlı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Şirinbəy kənd sakini Elvin Cəfərov saxlanılıb. Onun rayonun Orta Muğan kəndi ərazisində icarəyə götürdüyü bostan bitkilərinin əkilməsi üçün nəzərdə tutulan sahəyə baxış keçirilən zaman oradan xüsusi qulluq olunaraq yetişdirilən ümumi çəkisi 184 kiloqram olan 410 ədəd çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq həmin sahədən əlavə olaraq qurudulmuş formada 2 kiloqram 700 qram marixuana da müəyyən edilib. Saxlanılan şəxs istintaqa verdiyi ifadəsində narkotik tərkibli bitkiləri bu ilin mayında əkdiyini və onlara qulluq edərək yetişdirdiyini etiraf edib.

Faktla bağlı Saatlı rayon Polis şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Elvin Cəfərovun digər ailə üzvü - Amid Cəfərov da bu ilin avqustunda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda təqsirli bilindiyi üçün Saatlı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Həmin vaxt A.Cəfərovun yaşadığı evin həyətindən qulluq edilərək yetişdirilən və qablaşdırılan 10 ədəd çətənə bitkisi, həmçinin 2 kiloqram 700 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdü.

Xəbər 2335 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +