Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


14.08.2022  10:20 

Xalq deputatlardan nəyin intiqamını alır?





A+  A-

Deputat Sevinc Fətəliyeva açıqlama verib ki, mən belə bir söz deməmişəm, adımdan yayıblar.

Ancaq Azərbaycan xalqının böyük əksəriyyəti əmindir ki, Sevinc xanım belə bir söz deyib.

Hətta o, təkzib versə də, camaat deyibmiş kimi qəbul eləyib.

Niyə?

Çünki Azərbaycan parlamentində əyləşən deputatlarda bu cür danışmaq potensialı var.
Onlarda məhz bu cür danışmaq potensialı var deyə insanlar belə fikirlərin həqiqətən deputatın dilindən çıxıb-çıxmadığını araşdırmadan paylaşır.

Bəs toplum niyə belə edir?

Camaat hətta biləndən sonra da ki, Sevinc xanım belə bir söz deməyib, onlar yenə də bu fikri tirajlayır.

Səbəb?

Altşüurda intiqam alırlar.

Xalq deyir ki, sən Milli Məclisdə mənim adımdan yalan danışırsan, mən də sosial şəbəkələrdə sənin adından saxta xəbərləri tirajlayıram.

Bu gün aqressiv və narazı toplumun əlindəki imkan sosial şəbəkələrdən ibarətdir və intiqam üçün bu fürsətdən maksimum yararlanır.

Sabah o insanların əlinə real imkan düşsə, intiqamı daha amansız olacaq, əminəm.

Hakimiyyətlə xalq arasında dərin uçrumu ən adi şeylərdə belə müşahidə etmək mümkündür.

Kəramət Böyükçöl

Xəbər 1766 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +