Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO


12.10.2018  13:58 

“Başqaları pul qazanır, pul oğurlayırlar...” - Siyavuş Novruzov





A+  A-

“Bir qrup insan bu günə kimi bir mənzili bir neçə adama satıblar. Həmin mənzili adi bir müqavilə bir neçə adamla imzalayıblar. Bununla da insanların pullarını mənimsəyiblər, cinayətə yol veriblər”.
XəzərNews.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı millət vəkili Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, burada maraqlı və narahatlıq doğuran bir məqam da odur ki, çox zaman aidiyyəti olmayan adamlardan, qaçqın-köçkünlərdən istifadə olunur: “Yəni, guya onlar mənzil tikintisi ilə məşğuldurlar. Amma onların heç birinin buna aidiiyəti yoxdur, başqaları pul qazanır, pul oğurlayır, insanların əməyini oğurlayır, günahasız insanlar isə həmin dələduzların yerinə cəza çəkməli olurlar.

Ona görə bu məsələ ilə bağlı icazə, lisenziya verilərkən müəyyən edilməlidir ki, əvvəla, kimdir əsl, əsas sahbkar, ikincisi də, həmin adamın, ümumiyyətlə, tikintidən anlayışı varmı, başı çıxırmı? Deməkdə məqsədim odur ki, bu məsələ çox ciddi narahatçılıq doğurur. Bizə, millət vəkillərinə qalaq-qalaq məktublar gəlir, insanların aldadıldıqlarını bildirirlər, imdad diləyirlər. Ona görə həmin şəxslərə qarşı daha ciddi cəzalar nəzərdə tutulmalıdır”.

Xəbər 2398 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +