Leyla və Arzu Əliyevalar sərgidə
DİN vətəndaşlara müraciət edib
Suriya qaynayır: 745 nəfər həlak olub
Biznes Universiteti bu VİDEOya görə linç edilir
Rafael Qetjiyə yenə məğlub oldu
Partizanlar Krımda yanacaq daşıyan qatarı vurdu
Xaçlar partlayış dalğalarına tab gətirə bilmir
Fuad Ələsgərov niyə görünmür?
Bu gün 58 min 732 şagird imtahan verəcək
Sabah iş günü olacaq?


05.03.2025  16:45 

Sonsuzluq yaradan enerji içkiləri ilə bağlı daha bir XƏBƏRDARLIQ





A+  A-

Məlum olduğu kimi, son illər enerji içkiləri gənclər arasında ən çox tələb və marağa səbəb olan içkilər siyahısındadır. Bu içkilərin sağlamlığa təsirini az-çox hər birimiz bilirik, mütəmadi müzakirə edilir, fəsadları barədə xəbərdarlıqlar olunur. Lakin buna baxmayaraq insan orqanizmi üçün zərərli olan həmin içkilərdən istifadə edənlərin sayında ilbəil artım müşahidə edilir. Bəziləri bunu içkilərin satışına hər hansı bir məhdudiyyətin qoyulmaması ilə əlaqələndirir. Bu məqam enerji içkilərini daha əlçatan edir. Eyni zamanda sözügedən içkilərlə bağlı istər sosial şəbəkələrdə, istərsə də televiziyalarda tez-tez reklam kampaniyaları həyata keçirilir. Bu da yeniyetmələr arasında aludəçiliyi gücləndirən amillərdəndir.

“Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”na görə, Azərbaycanda energetik içkilərin yaşı 18-dən yuxarı şəxslərə satılması nəzərdə tutulub,amma yenə də azyaşlı şəxslərə enerji içkilərinin satıldığının şahidi oluruq. Mövcud vəziyyət həm cəmiyyət, həm də dövlət qurumları tərəfindən ciddi narahatlıq doğurur.

Millət vəkili Hikmət Babaoğlu enerji içkilərinə nəzarət olunması və məhdudiyyətlərin tətbiq edilməsi yönündə çıxış edib. O, bunu enerji içkilərinin insan saglamlığı üçün törətdiyi ziyanla əlaqələndirib: “Enerji içkilərindən istifadə edən uşaqlarda 20 yaşdan sonra şəkər xəstəliyi və tükənmişlik sindromu başlayır. Nəticə etibarilə demoqrafik artıma təsir edir, çünki onların uşaqları olmur”, -deyə deputat bildirib. O, həmçinin Ombudsman aparatı və Milli Məclisin İnsan hüquqları komitəsini buna qarşı mübarizə aparmağa çağırıb.

Mövzu ilə bağlı sağlam qidalanma mütəxəssisi İlkin Şirinov Bizim.Media-ya enerji içkilərinin zərərlərindən danışıb.

Enerji içkilərinin törətdiyi fəsadlar dəfələrlə müzakirə edilib. Bunun üçün xüsusi həkimin, qida mütəxəssisin rəyinə gərək yoxdur. İnsanlar öncəliklə öz sağlamlıqlarının və himayələrində olan azyaşlıların qeydinə qalmalıdır. Xüsusilə hamilə qadınların, şəkərli diabet xəstələrinin, sağlamlıq problemləri olan insanların bu içkilərdən istifadəsi məqbul sayılmır. Dəfələrlə bu barədə tövsiyələr edilir. Enerji içkilərindən mütəmadi istifadə insan sağlamlığında müxtəlif xəstəliklərə yol açır. Məlum olduğu kimi, bu içkilərin tərkibində rəngləndiricilər, koffein, şəkər, dadlandırıcı kimi kimyəvi maddələr var. Bunlardan aşırı dərəcə istifadə yuxusuzluğa gətirib çıxarır. Bəzən azyaşlı uşaqların da bu tipli içkilərdən istifadə etdiyini görürük”, – o, deyib.

Ekspertin sözlərinə görə bu sahədə xüsusi nəzarət mexanizminə ehtiyac yoxdur:

“Valideynlər özləri nəzarət etməlidirlər. 18 yaşına çatmamış uşaqlara qadağa qoysunlar. Valideynlər uşaqlarının bu içkiləri içdiyini görüb heç bir reaksiya vermir. Belə məsələlərdə məsuliyyət öncəliklə insanlara düşür. Dəfələrə xəbərdarlıq edilir ki, bu tipli içkilərdən çox istifadə etdikdə asılılıq yaradır, əsəb sisteminin pozğunluğuna gətirib çıxarır, allergik xəstəliklərə yol açır, amma situasiya dəyişmir”, – deyə İ.Şirinov fikrini yekunlaşdırıb.

Xəbər 890 dəfə oxunub.




09.03.2025  17:40 

Leyla və Arzu Əliyevalar sərgidə

09.03.2025  17:35 

DİN vətəndaşlara müraciət edib

09.03.2025  11:33 

Rafael Qetjiyə yenə məğlub oldu

09.03.2025  10:26 

Fuad Ələsgərov niyə görünmür?

09.03.2025  10:17 

Sabah iş günü olacaq?

09.03.2025  01:12 

Qarabağın oyununda dava -VİDEO

08.03.2025  14:52 

Donetskdə matəm elan edildi

08.03.2025  12:43 

İstilər başladı...


BÜTÜN XƏBƏRLƏR +