Rubio Ukraynaya görə narahatdır - Reuters
“Xalq qəzeti” ilə “Respublika” bağlanır, “Azərbaycan” isə...
Qarabağda iş imkanı: Əmək haqqı 3000 AZN
Tikinti biznesində “maliyyə piramidası”
Təbiətə 7200 manatlıq ziyan vurdular
Kəmaləddin Heydərov rəisi işdən çıxartdı
Zaur Kərimov AQTA-dan getdi - İstefa
Bu bankdan 150 milyon manata yaxın depozit geri çəkilib
Baş Notarius vəzifəsindən uzaqlaşdırıldı
Ruslar avtobusu dronla vurdu... - 9 nəfər ölüb


09.12.2017  12:54 

“Polat Alemdar” məhkəmədə ifadə verdi





A+  A-

Məşhur aktyor Necati Şaşmaz (Serialdakı obrazı Polat Alemdar) "Kurtlar Vadisi Darbe” serial ilə bağlı məhkəmədə ifadə verib.
Necati Şaşmaz FETÖ böhtanı ucbatından maddi itkiyə məruz qaldıqlarını deyib.

XəzərNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki,bir televiziya proqramında "Kurtlar Vadisi Darbe” serialının FETÖ ilə əlaqəsi olduğu haqqında böhtan atdıqları iddiası ilə haqlarında 8 il 4 aya qədər həbs tələbi ilə cinayət işi açılan Nihad Doğan, Ömür Varol, Bircan İpək, Cihad Zembat və Gülşah Saraçoğlunun mühakiməsi başlanıb.

Məhkəmə iclasında serialın baş rol ifaçısı Necati Şaşmaz iştirak etsə də,müttəhimlər iştirak etməyib.

Necati Şaşmaz iclasda ifadəsində bunları deyib: "Mən böhtan və təhqirə məruz qaldım. Şikayətçiyəm,bizə atılan böhtanla əlaqədar maddi ziyana uğramışam”.

Necati Şaşmazın vəkili Hüseyn Ərsan Əlioğlu müttəhimlərin həbs cəzası ilə yanaşı,onlardan 300 min lirəlik təzminat almaq üçün də məhkəməyə müraciət edib. O,bu iftiradan ən çox elə “Kurdlar Vadisi”nin zərər gördüyünü qeyd edib:

“Bu hadisədən sonra televiziya kanalları ilə görüşlərimizdə bəzi çətinliklərlə üzləşirik, eyni zamanda “Kurtlar Vadisi Vətən” filminin izlənmə sayı əvvəlkinə nisbətən azalıb. Buna müttəhimlərin səbəb olduğunu düşünürük".

Qeyd edək ki,Məhkəmə müttəhimlərin məcburi gətirilməsinə qərar verərək, məhkəmə iclasını təxirə salıb.

Xəbər 1705 dəfə oxunub.




22.04.2025  13:58 

Nazir səfirlə görüşdü

22.04.2025  12:29 

Sabah 29° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +