Türkiyə İsrailin Suriyadan İranı vurmasını əngəlləyə bilər?
Bu qurumun 4 milyon vergi borcu var
Prezident İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb
Borca görə intihara cəhd etdi
Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım
Yaşıllıqları qanunsuz kəsdilər
Amin Quliyev Tailanda Dünya Kubokunu qazandı
“Bolt” yalan danışır?
AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
İlham Əliyevin Əhməd Əl Şaraa ilə görüşü olub


10.12.2017  17:53 

Ələkbərovun səhmləri müsadirə olunacaq





A+  A-

Rusiya Mərkəzi Bankı hüquq-mühafizə orqanlarının köməyi ilə “Otkrıtie” maliyyə korporasiyasının düşdüyü böhrana görə onun səhmdarları - azərbaycanlı milyarder Vahid Ələkbərov, ortağı Leonid Fedun və bəzi digər biznesmenlərin aktivlərini müsadirə etməyə hazırlaşır.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, Rusiya Mərkəzi Bankı ölkənin bank sektorunun sağlamlaşdırılması tədbirləri çərçivəsində “Otkrıtie” maliyyə korporasiyasında müvəqqəti idarəçilik tətbiq edib və rəhbərliyin qarşısında nizamnamə kapitalında çatışmayan 300 milyard rublu (5 milyard dollar) tapmaq tələbi qoyub. Lakin bankın təsisçisi Vadim Belyayev Rusiyanı tərk edib və geri qayıtmaq niyyətində deyil. Nəticədə dövlət orqanları bankın çatışmayan kapitalına görə onun səhmdarlarının aktivlərini müsadirə etməyi qərara alıb. Vahid Ələkbərov da bankın səhmdarları arasındadır.

Gözlənilir ki, bankın çatışmayan kapitalına görə Vahid Ələkbərovun “Lukoil” şirkətindəki səhmlərinin bir hissəsi müsadirə olunacaq. Rusiyada bank sektorunun konsolidasiyası Fondunun nizamnaməsinə əsasən kredit təşkilatlarının sağlamlaşdırılması tədbirlərində onun sahibləri birbaşa iştirak etməlidir.

Lakin Ələkbərov və digər milyarderlər könüllü şəkildə bankın sağlamlaşdırılmasında iştirak etmək istəməyiblər. Bunu əvvəllər Mərkəzi Bankın sədr müavini Vasili Pozdışev də dolayısı ilə təsdiq edib.

Hazırda Mərkəzi Bank qaytarılmayan kreditlərə görə banka 46 milyard rubl həcmində aktivləri qaytarıb, daha 79-81 milyard rubl həcmində aktivlər isə bankın mülkiyyətinə keçmək mərhələsindədir. Buna baxmayaraq yekun məbləğ birmənalı olaraq Mərkəzi Bankın tələb etdiyi məbləğdən aşağıdır.

Mənbələr bidiriblər ki, belə vəziyyətdə səhmdarlar Mərkəzi Bankın tələbini yerinə yetirməyə məcbur olacaqlar. Əks halda onları cinayət məsuliyyəti gözləyə bilər.

Pozdışevin bildirdiyinə görə bankda müvəqqəti idarəçiliyin tətbiq olunması ərəfəsində onun top-menecmenti şübhəli tranzaksiyalar həyata keçiriblər. Bu da bankın aktivlərinin ölkədən çıxarılması şübhəsi yaradıb. Hazırda müvafiq materialları Baş prokurorluq araşdırır.

Xəbər 1421 dəfə oxunub.




11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub


BÜTÜN XƏBƏRLƏR +