İspəndiyarın “Hollywood”u...
Eldar Əzizovu söysək də, onun səlahiyyəti yoxdur - Hafiz Hacıyev
Orxan Fikrətoğlu nazirin müşaviri təyin olundu
Aktrisa 81 yaşlı ərindən yaşına görə boşanır
Kurskdakı PUA meydanı vuruldu
Ruslar Pokrovskdan tədricən geri çəkilirlər
Rüşvətlə sertifikat verənlərlə bağlı... - Qərar
“Abi” hotelinin fəaliyyəti dayandırılıb
Sabahın havası: 27 dərəcə isti olacağı gözlənilir
Ermənistan baş naziri referendum kampaniyası aparır - Şərh


20.01.2022  12:34 

Özəl sektorda çalışanların maaşı artırılmalıdır - Millət vəkili





A+  A-

“Özəl sektorda çalışan vətəndaşlarımızın, xüsusən də gənclərin əməkhaqlarının artırılması, onların sosial baxımdan təminatı vacib və prioritetdir”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Bakupost.az -a millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib:

“Minimum əməkhaqqının artırılması dövlət sektoru ilə yanaşı, özəl sektora da təsir göstərəcək. Çünki özəl sektor müəyyənləşdirilmiş minimum əməkhaqqından az əməkhaqqı təklif etmək hüququna malik olmayacaq. Bu artıq yanvar ayından etibarən tətbiq olunur. Özəl sektorda orta aylıq əməkhaqqının yüksəlməsi olduqca vacibdir. Çünki təhlillər onu göstərir ki, bir sıra sektorlarda əməkhaqları yüksəkdir. Xüsusən neft və maliyə sektorunda.
Lakin xidmət, ictimai iaşə, hətta turizmdə əmək haqları yüksək hesab olunmur. Ona görə də birmənalı şəkildə, bu, sektorlarda da sahibkarlar tərəfindən əməkhaqlarının artırılması, daha çox sosial təminat özəl şirkətlər tərəfindən sosial koorporativ məsuliyyətə uyğun olaraq proqramların həyata keçirilməsi məqsədə uyğundur”.

V. Bayramovun sözlərinə görə, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iş yerlərini daha çox özəl sektor yaradır:

“Özəl sektor, ölkə üzrə gəlirliyə uyğun olaraq daha çox əməkhaqqı təklif etmək imkanına malikdir. Birmənalı şəkildə özəl sektorda əməkhaqqların sahibkarlar tərəfindən yüksəldilməsi, sosial proqramın icra edilməsi ilə bağlı təşviqedici tədbirlərin həyata keçirilməsi əsas prioritetdir. Artıq gəlir vergisi qeyri-dövlət və qeyri-neft sektorunda 8000 manatadək olan hissə sıfırlanıb. Bu da əməkhaqqına, leqallaşmağa birbaşa təsir göstərir. Növbəti mərhələdə əsas prioritetlərdən biri iqtisadiyyatın ağardılması və gizli iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsidir. Ona görə də iqtisadiyyat leqallaşdıqca, özəl rəqabət artdıqca, özəl sektorun daha çox əməkhaqqı təklif etmək imkanlarının olacağı gözlənilir”.



Xəbər 1874 dəfə oxunub.




21.04.2025  17:41 

Kurskdakı PUA meydanı vuruldu

21.04.2025  13:03 

Tərtərdə yeniyetmə intihar edib

21.04.2025  12:25 

FTX Simferopol sakinini saxladı


BÜTÜN XƏBƏRLƏR +