İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib


27.10.2021  11:27 

“Sement təchizatını vaxtlı-vaxtında həyata keçirdik“ - “Holcim Azərbaycan“ın Baş icraçı direktoru





A+  A-

"Biz Azərbaycan iqtisadiyyatına töhfə verdiyimizə görə çox sevirik və hər zaman müştərilərimizin yanında olmağa və onların nəyə tələbat duyduğunu başa düşməyə çalışırıq. Biz maddi-texniki təchizatla bağlı çətinliklərə baxmayaraq, keyfiyyətə ciddi nəzarət etməklə sement təchizatını vaxtlı-vaxtında həyata keçirə bildik".

XezerNews xəbər verir ki, bu barədə açıqlama ilə "Holcim Azərbaycan" ASC-nin Baş icraçı direktoru Xalid Samaka çıxış edib.

"Biz avtomobil yolunun, dəmiryolunun və hava limanı infrastrukturunun inşası üçün nəzərdə tutulan etibarlı və innovativ sement və birləşdirici material növləri təklif edərək tikinti büdcələrinin optimallaşdırılmasına, dayanıqlılığa və layihələrin vaxtında başa çatdırılmasına öz töhfəmizi veririk. Bundan əlavə, müştərilərimiz "Holcim"in logistika xidmətlərinə və sement və beton sınaq mərkəzimizin texniki dəstəyinə etibar edə bilərlər"- bu fikirləri "Holcim Azərbaycan" ASC-nin Kommersiya direktoru Serjiu Stoikov səsləndirib.

Xatırladaq ki, Hava limanı 14 yanvar 2021-ci il tarixində inşa olunmağa başlayıb. 2021-ci ilin mart ayında Füzulidə yeni beton zavodu istifadəyə verilib və 2021-ci ilin aprel ayından "Holcim" şirkəti regiona sement təchizatını həyata keçirməyə başlayıb. Ümumilikdə, layihənin həyata keçirilməsi üçün 4000 min ton yüksək keyfiyyətli sement tələb olunub.

Sentyabrda "Azərbaycan Hava Yolları"na məxsus "Airbus A340-500" tipli sərnişin təyyarəsi Bakı şəhərindən Füzuli Beynəlxalq Hava Limanına ilk dəfə eniş edib. Hökumət işğaldan azad edilmiş ərazilərin yüksək potensialını nəzərə alaraq, hava limanının regionda iqtisadiyyatın inkişafına kömək edəcəyinə ümid bəsləyir.




Xəbər 1899 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +