Mebel fabrikinin fəaliyyəti dayandırıldı - Cəlilabadda
Polis 88 min manatlıq dələduzluq edən şəxsləri saxladı
Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi


28.02.2022  09:29 

10 000 dolları oğurlayıb görün nə etdilər?





A+  A-

Qaxda ələ keçməmək üçün oğurladıqları 10 000-ə yaxın ABŞ dollarını torpağa basdıran dostlar saxlanılıb.

XəzərNews.az DİN Mətbuat xidmətinə istinadən xəbər verir ki, Qax rayonu Almalı kəndi ərazisində yerləşən evlərin birindən 9300 dollar və 4 min manat pul, eləcə də qızıl-zinət əşyaları oğurlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən Şəki rayon sakinləri-Şahid Balliyev və əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Nicat Abdulkərimov tutularaq istintaqa təhvil veriliblər.

Əvvəllər ev sahibinin fermasında çoban işləyən Şahid Balliyev Bakıda kirayədə yaşadığı Nicat Abdulkərimovla əlbir olaraq gecə saatlarında həmin şəxsin yaşadığı ünvana daxil olublar. Pul və qızılları götürdükdən sonra Şəki rayonuna qayıdan dostlar 4 min manatı öz aralarında bölüblər, ABŞ dollarını isə bankaya qoyaraq iz itirmək məqsədilə N.Abdulkərimovun yaşadığı ünvanda torpağa basdırıblar. Qızıl-zinət əşyaları və torpağa basdırılmış pullar onlardan maddi sübut kimi götürülüb.

Şahid Balliyevin izahatı alınarkən onun yanvar ayında da həmin evdən 10 000 manat pul oğurladığı və bundan sonra Bakı şəhərinə gedərək restoranlarda xərclədiyi məlum olub.

Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.



Xəbər 1868 dəfə oxunub.




19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +