Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


10.10.2021  09:23 

Prezident ölkədən milyonlarla dollar qaçırıb





A+  A-

Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qaninin təhlükəsizlik xidmətinin rəhbəri Piraz Ata Şarifi onda sabiq dövlət başçısının ölkədən milyonlarla dollarla qaçmasını sübut edən videogörüntünün olduğunu bildirib.

XəzərNews “Report”-a istinadən xəbər verir ki, Şarifinin sözlərinə görə, onda prezident sarayının müşahidə kameralarının külli miqdarda pulun Əfqanıstanın keçmiş lideri tərəfindən ölkədən çıxarılmasını təsdiqləyən görüntüləri var.

"Məndə Əfqanıstanın Mərkəzi Bankının işçisinin külli miqdarda pulu Qaniyə o ölkədən getməzdən əvvəl gətirdiyini əks etdirən videogörüntülər var. Yüz milyonlarla, ola bilsin, milyardlarla dollar. Bu pul valyuta birjası üçün nəzərdə tutulurdu", - Qaninin keçmiş mühafizəçisi bildirib.

Prezidentin mühafizə xidmətinin sabiq rəhbəri qeyd edib ki, təhlükəsiz şəraitdə olan kimi sübutları təqdim edə biləcək. Qeyd edək ki, Piraz Ata Şarifi Əfqanıstandan təxliyə etməyə müvəffəq olmayıb, o indi "Taliban" hərəkatının silahlılarından gizlənir.

Xəbər 2065 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +