Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


02.06.2021  10:18 

SOCAR benzinin bahalaşma səbəbini açıqladı





A+  A-

Azərbaycanda Aİ-95 markalı premium benzin bahalaşaraq, 1 manat 40 qəpik olub.
Qeyd edək ki, Azərbaycanda Aİ-95 markalı benzinin qiymətini Tarif Şurası deyil, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tənzimləyir. Yəni Aİ-95 benzini ölkəyə SOCAR idxal edir, qiyməti də özü müəyyənləşdirir.

XəzərNews.az-ın məlumatına görə, bahalaşmanı Modern.az-ın sorğusuna cavab verərəkən təsdiqləyən SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib ki, buna səbəb dünya birjalarındakı qiymət artımlarıdır:

“Aİ-95 markalı benzin xaricdən alınır. Neft ucuzlaşanda bizdə də Aİ-95 ucuzlaşır, bahalaşanda bahalaşır. Pandemiyadan əvvəl Aİ-95-in qiyməti 1 manat 50 qəpik olub, neft ucuzlaşdıqca bu markalı benzin hətta 1 manat 10 qəpiyə qədər düşmüşdü. Bir sözlə, Aİ-95 markalı benzinin qiyməti dünya bazarlarındakı neft qiymətlərilə tənzimlənir”.

İ.Əhmədov deyib ki, bu marka benzin Azərbaycanda çox az istifadə edilir:

“Ən çox istifadə edilən Aİ-92 və dizeldir ki, onların da qiyməti stabil olaraq qalır. Bu yanacaq növlərinin qiyməti də dövlət tərəfindən tənzimlənir”.

Qeyd edək ki, qiymət artımına qədər Aİ-95 1manat 25 qəpik idi.

Xəbər 2426 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +