Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


27.04.2021  09:32 

Məmmədyarov və Rəcəbov dörddəbir finala vəsiqə qazanıblar





A+  A-

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində qrup mərhələsinin oyunları başa çatıb.
XəzərNews.az xəbər verir ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov qrup oyunlarında ən yaxşı nəticə göstərən 8 şahmatçı arasında yer alaraq dörddəbir finala vəsiqə qazanıblar. Belə ki, Şəhriyar Məmmədyarov son 5 turda 3 qələbə, 2 heç-heçə ilə ümumi xalların sayını 9,5-ə çatdıraraq 3-cü pillədə qərarlaşıb.

Teymur Rəcəbov isə son 5 partiyanı heç-heçə ilə başa çatdırıb, nəticədə 8,5 xalla səkkizinci sırada yer alıb.

Şahmatçılarımızla yanaşı, Maqnus Karlsen, amerikalı şahmatçı Hikaru Nakamura, Uesli So, FIDE-ni təmsil edən Alireza Firuzca, Vyetnam təmsilçisi Le Quanq Lyem, ermənistanlı Levon Aronyan da növbəti mərhələyə keçiblər.

Qeyd edək ki, turnir mayın 2-dək davam edəcək.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.

Xəbər 2010 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +