Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


31.08.2020  10:45 

DİM elan verdi





A+  A-

Dövlət İmtahan Mərkəzi doktorantura səviyyəsinə xarici dillər (ingilis, fransız və alman dilləri) üzrə qəbul imtahanları üçün test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması, namizədlərin yazı və danışıq bacarıqlarının yoxlanılıb-qiymətləndirilməsi işinə müqavilə əsasında mütəxəssislərin cəlb olunması məqsədilə müsabiqə elan edib.
XəzərNews.az xəbər verir ki, müqaviləçi-mütəxəssis doktorantura səviyyəsinə qəbul imtahanlarında xarici dillər (ingilis, fransız və alman dilləri) üzrə test bloklarında istifadə ediləcək test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması, həmçinin namizədlərin yazı və danışıq bacarıqlarının yoxlanılıb-qiymətləndirilməsi üçün aşağıda qeyd olunan funksiyalardan birini və ya bir neçəsini yerinə yetirməlidir:

sifariş əsasında test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarını tərtib etmək;

test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizasını həyata keçirmək;

yazı və danışıq bacarıqlarını yoxlamaq üçün tələb olunan imtahan suallarının tərtibində, həmçinin namizədlərin yazılı imtahan işlərinin və danışıq bacarıqlarının yoxlanılıb qiymətləndirilməsində iştirak etmək.

Xəbər 2100 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +