Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


15.01.2021  13:05 

“Husiləri İran da silahlandırır” - Səudiyyənin XİN rəhbəri





A+  A-

“ABŞ-ın Yəməndəki vətəndaş müharibəsində mərkəzi hökumətə qarşı mübarizə aparan Husiləri “terror təşkilatı” elan etmə qərarı Yəmən məsələsinin siyasi həlli prosesinə mənfi təsir göstərəcək”.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu bəyanatla Rusiya xarici işlər naziri Sergey Lavrov Səudiyyə Ərəbistanın XİN rəhbəri Faysal bin Fərhan Əl-Səudla Moskvada görüşün ardından təşkil olunan mətbuat konfransında çıxış edib.

Mətbuat konfransında Yəmən məsələsindən söz açan Lavrov bu ölkədə yeni hökumətin qurulmasını məmnuniyyətlə qarşıladıqlarını vurğulayıb:

“Birləşmiş Millətlərin Yəməndəki Husilərin silahlı “Ənsarullah” qruplaşması ilə siyasi problemlər barədə dialoq qurmaq istiqamətindəki təşəbbüslərini dəstəkləyirik. Dialoq prosesinə mane olmaq istəyənlər var”.

Rusiya XİN rəhbəri dekabrın 30-da Yəmən Nazirlər Kabineti üzvlərinin Səudiyyə Ərəbistanına gedərkən Ədən Hava Limanında partlayış baş verdiyini də xatırladıb.

Lavrov ABŞ-ın Yəməndəki vətəndaş müharibəsində mərkəzi hökumətə qarşı mübarizə aparan Husiləri “terror təşkilatı” elan etmə qərarından da söz açıb:

“Siyasi prosesin zərər görməsini istəmirəm. Ancaq Birləşmiş Millətlər təmsilçiləri də daxil olmaqla, bir çoxumuz mənfi təsirlərin formalaşa biləcəyindən narahatıq”.

Faysal bin Fərhan Əl-Səud isə sözügedən qərarın siyasi prosesə Yəməndəki Husilərin aksiyaları qədər təsir etməyəcəyini bildirib.

“Husilər mütəmadi olaraq həll prosesini baltalayır. Bunların aksiyaları İran tərəfindən dəstəklənir. İran da daxil olmaqla, xarici güclər Yəməndəki Husilərə ballistik raketlər və silahlar göndərir”, - deyə o əlavə edib.



Xəbər 1695 dəfə oxunub.




30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +