Ədalət Verdiyevə bəraət verildi
Kiyevdə mənzil kirayələri ucuzlaşıb - Qiymətlər
53 nəfərin mənzilindən qaz sayğaclarını oğurlayıblar
51 nəfərin diplomu tanınmayıb - Səbəb?
Xanlar Vəliyev vəzifəsindən gedir?
“AFB Bank” kredit faizlərini artırıb
“Optimal Electronics“in külli miqdarda borcu var
Qazi Hacı Vəliyev həbsdə qaldı
Bəxtiyar Hacıyevin şikayəti təmin olunmayıb
Fürsətcilin ÖZÜNÜİFŞASI


01.12.2020  09:32 

Trampın müşaviri istefa verdi





A+  A-

Stenford Universiteti yanında Huver İnstitutunun əməkdaşı Skott Atlas ABŞ Prezidenti Donald Trampın yeni növ koronavirusa qarşı mübarizə üzrə xüsusi müşaviri vəzifəsindən istefa verib.
XəzərNews.az bildirir ki, bu barədə “Fox News” telekanalı Atlasın bəyanatına istinadən xəbər verib.

“Mən Amerika Birləşmiş Ştatları Prezidentinin xüsusi müşaviri vəzifəsindən istefa verdiyimi bəyan edirəm”, - Atlas sənəddə qeyd edib.

O, “Amerika xalqının rifahı naminə işləmək” imkanına görə ABŞ-ın hazırkı Prezidentinə minnətdarlığını bildirib, həmçinin üzv olduğu Ağ Evin koronavirusla mübarizə üzrə işçi qrupunun pandemiyaya qarşı mübarizə səylərini qeyd edib.

Atlas bəyanatında ABŞ Prezidenti seçkilərində qələbəsini elan edən Demokrat Cozef Baydenin Administrasiyasının pandemiyaya qarşı mübarizədə səyləri azaltmayacağına ümid etdiyini bildirib. “Mən yeni komandaya ölkəni hazırkı böhrandan çıxarmaq yolunda ən xoş arzularımı bildirirəm”, - deyə o vurğulayıb.

Daha əvvəl, KİV-in məlumatına görə, Atlas işçi qrupun digər üzvləri tərəfindən tənqid edilib. Onun ölkənin baş infeksionisti, Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi, həmçinin Ağ Evin yeni növ koronavirusun yayılması ilə mübarizə üzrə koordinatoru Debora Birkslə mübahisələri olub.

Xəbər 1751 dəfə oxunub.




07.04.2025  15:38 

Fürsətcilin ÖZÜNÜİFŞASI


BÜTÜN XƏBƏRLƏR +