Bakıda evləri talayan qadın saxlanıldı
“Venesiya”da 55 nəfər nədən zəhərləndi? - Açıqlama
Prezidentin Baş prokurur vəzifəsinə namizədi kimdir?
Yaxın 24 saat ərzində saziş imzalanacaq - Şmıxal
Niqab geyinib məktəbləri gəzir... - Açıqlama-VİDEO
Prezident “IVECO”nun sükanı arxasında - Foto
Rasim Balayev Kino Agentliyinin yeni rəhbərini tanımır - ŞOK
İlham Əliyev Sumqayıtda açılışlar etdi - FOTO
Azərbaycanlı iş adamı Odessada oğurlanıb
Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski


31.10.2018  18:11 

Bakıda 9 ayda bu qədər obyekt açılıb





A+  A-

2018-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhərində istifadəyə verilən yeni obyektlərinin statistikası açıqlanıb.
Bakı Şəhər Statistika İdarəsindən XəzərNews.az-a verilən məlumata görə, hesabat dövründə yüksəkgərginlikli avadanlıqlar zavodu, 110/35/10 kilovoltluq “Yasamal-1” və “Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binası, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, Bona Dea Beynəlxalq Hospitalı, “Dinamo” oteli, Respublika Narkoloji Mərkəzi, Abşeron Logistika Mərkəzi, Bakı Kitab Mərkəzi, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı istifadəyə verilib.

2018-ci ilin yanvar-sentyabr aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6918,8 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,1 faiz az vəsait yönəldilib.

Ümumi sərmayənin 38,6 faizi dövlət, 61,4 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 60,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. 2018-ci ilin yanvar-sentyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 68,9 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,0 faizini əsaslı təmir, 4,8 faizini cari təmir, 19,3 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 82,0 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Xəbər 1933 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +