Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Məsud Pezeşkian sabah Azərbaycana səfər edəcək
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır


16.08.2019  16:28 

Qazax və Ağstafada 75 sərhəd döyüş məntəqəsi yaradılıb





A+  A-

Dövlət Sərhəd Xidmətinin (DSX) fəaliyyəti dövründə Azərbaycan sərhədçiləri tərəfindən 10 min 989 sərhəd pozucusu, 160 min 428 nəfər rejim pozucusu və 37 min 789 nəfər axtarışda olan şəxs saxlanılıb.
XəzərNews.az xəbər verir ki, bunu DSX-nin Aparat rəhbəri, general-mayor Elçin İbrahimov avqustun 16-da təşkil olunan mətbuat konfransında deyib.

E.İbrahimov bildirib ki, bu dövrdə külli miqdarda qaçaqmalın, o cümlədən 6 ton 372 kiloqram narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

E.İbrahimov mətbuat konfransında son günlər Azərbaycan-Ermənistan sərhədinin Qazax və Ağstafa ərazisində döyüş mövqelərinin irəli çəkilməsi barədə xəbrə də aydınlıq gətirib.

Onu sözlərinə görə, hazırda Azərbaycan-Ermənistan sərhədinin Qazax və Ağstafa ərazisindən keçən hissəsində DSX tərəfindən xidmət təşkil olunur. Bunun böyük başlanğıc olduğunu deyən Aparat rəhbəri prosesin davam edəcəyini bildirib.

"Bu, Azərbaycan Ordusunun hərbi birləşmələrinin döyüş qabiliyyətinin yüksəldilməsinə yönələn qərardır. Ötən 9 ay ərzində şəxsi heyətin döyüş qabiliyyəti gücləndirilib, bir sıra əhəmiyyət kəsb edən hissələrdə mövqelərin irəli çəkilməsi təmin edilib. Keçən ilin sonunda xidmətə başlayan hərbi qulluqçular üçün 75 sərhəd döyüş məntəqəsi inşa edilərək istifadəyə verilib".

Xəbər 1455 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +