Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


06.04.2017  16:54 

İcra başçısından Tərtərdəki vəziyyət haqda AÇIQLAMA





A+  A-

Aprelin 6-da səhər saatlarından erməni silahlı birləşmələri Tərtərin Qapanlı kəndini atəşə tutub.
XəzərNews.az xəbər verir ki, bu barədə Trend-ə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, hadisə nəticəsində Qapanlı kəndində iki həyətə 4 ədəd 60 mm-lik mərmi düşüb: “Nəticədə həyətdəki ev quşları tələf olub. Mərmilərdən biri isə həyətdəki yaşayış olmayan yarımçıq tikiliyə düşüb və tikili dağılıb. Səhər saatlarından kənd mütəmadi atəşə tutulurdu. Azərbaycan Silahlı Qüvvələri düşməni cavab atəşi ilə susdurub. Bir neçə saatdır ki sakitlikdir”.

M.Məmmədov qeyd edib ki, hadisə nəticəsində sakinlərdən ölən və xəsarət alan olmayıb.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.

Xəbər 1512 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +