Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


29.06.2022  22:06 

Daha 3 idman federasiyası ləğv olunub





A+  A-

Azərbaycanda daha 3 idman qurumunun federasiya statusu dayandırılıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, bunlar “Həvəskar Universal Döyüş Federasiyası” İB, “Qarabağ-Əlil Döyüşçülər Futbol Federasiyası” İB, “Azərbaycan Peşəkar Boks Federasiyası” İB-nin federasiya statusu dayandırılıb.

Əvəzində kollegiyanın qərarı ilə “Azərbaycan Sambo Federasiyası” İB, “Azərbaycan Savat Federasiyası” İB, “Azərbaycan Taekvondo Federasiyası” İB, “Azərbaycan Avtomobil Federasiyası İB, “Azərbaycan Kapoeyra Federasiyası” İB, “Azərbaycan Yelkən Federasiyası” İB-nin akkreditasiyaları təsdiqlənib.

Beləliklə, bir-neçə aydır nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, Kollegiya qərarı ilə bu günədək statusu təsdiqlənmiş federasiyaların sayı 26-ya çatıb. Ümumilikdə, 25 federasiyanın isə statusu dayandırılıb. Federasiyaların statusuna baxılması prosesi davam edir.

Bununla yanaşı, iclasda nazirliyin 2022-сi ilin IIk yarımili üçün perspektiv iş planı təsdiqlənib. Bundan başqa, bir sıra tədbirlərin təqdimatı müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.

Nəhayət, Ceyhun Ənvər oğlu Məmmədəliyevə, Tural Rafiq oğlu Vəlibəyova və Xalid Zahid oğlu Atababayevə “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adının verilməsi barədə qərar qəbul edilib.

Xəbər 1752 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +