Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur


05.02.2023  11:01 

Şamaxının bu ərazisində işıqlandırma yekunlaşır - Fotolar





A+  A-

Hazırda Bakı şəhəri ilə yanaşı regionlarda qaranlığa qərq olan küçə və yollar kifayət qədərdir. Bəzi yerlərdə işıqlandırma sistemi ümumiyyətlə yoxdur, bəzilərində isə elektrik dirəkləri sadəcə bəzək rolunu oynayır. Artıq zülmət qaranlığa bürünən bəzi paytaxt küçələri, eləcə də, regionlarda yolların işıqlandırılması davam etdirilir.

Şamaxı şəhəri 48 A yaşayış massivində işıqlandırma işləri artıq yekunlaşıb. Bu barədə məlumatı XəzərNews.az-a "Mane Qrup" şirkətinin müdüri Nəbi Osmanov verib.

Nəbi Osmanov bildirib ki, rayonun digər küçələrində də işlər yüksək səviyyədə davam edir:

"Hava şəraitinin qarlı-şaxtalı olmasına baxmyaraq 34 nəfərlik işçi heyətlə proses davam edir. İşlərin plana uyğun başa çatdırılması nəzərdə tutulub. Rayon İcra Hakimiyyəti və Bələdiyyə də bu işdə bizə lazımı dəstək göstərir".

Qeyd edək ki, yolların işıqlı olması həm bu yolda hərəkət edən vətəndaşların, həm də sürücülərin hərəkətində heç bir mane yaratmıyacaq.

İsmayıl Niftiyev
XəzərNews.az














Xəbər 3575 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +