FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi


16.02.2017  11:49 

Tarif Şurasından dərman qiymətləri ilə bağlı AÇIQLAMA





A+  A-


"Son 2 il ərzində qanunvericiliyə edilən müvafiq dəyişikliyə əsasən 10 mindən artıq dərman vasitələrinin qiymətləri təsdiq edilib".

XəzərNews.az xəbər verir ki, bunu Tarif Şurasının katibi İlkin Məcidov dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə dair mətbuat konfransında deyib. O bildirib ki, beynəlxalq təcrübədə dərmanların qiymətləri tənzimlənir.

“Dərman vasitələrini insanlar özləri almır, həkimlər tərəfindən yazıldıqda alınır və qiymətlər sərbəst buraxıldıqda qiymətlərin artırılması və bundan sui istifadə halları yaranır. Qiymətlərin tənzimlənməsi bahalaşmanın, sui-istifadə hallarının qarşısını almaq, şəffaflığın təmin edilməsi, insanların ən ucuz aptek axtarmaq problemlərini aradan qaldırmaq üçündür. Eyni zamanda əksər dərman vasitələri idxal olunduğu üçün aşağı qiymətlər kütləvi şəkildə pulun ölkədən çıxmasına da yardım edir.

Bu gün dərman vasitələrinin qiymətləri tənzimlənərkən 10 istinad ölkəsi nəzərə alınır. Orada istehsalçı qiymətləri bizim üçün bazis rolunu oynayır və Azərbaycan bazarında şərti satış qiyməti formalaşdırılır. Bunun üzərinə Nazirlər Kabinetində müəyyənləşən marjalar, ƏDV əlavə olunmaqla sabit qiymətlər müəyyənləşdirilir”.

İ.Məcidov qeyd edib ki, dərmanların tənzimlənməsi üçün istinad olan ölkələr Bolqarıstan, İspaniya, Fransa, Yunanıstan, İtaliya, Macarıstan, Polşa , Türkiyə Portuqaliya və Sloveniyadır.

“Dərmanların vahid dünya qiymətinin müəyyənləşdirilməsi hələ mümkün deyil. İlk vaxtlarda bizə çoxlu müraciətlər daxil , eyni zamanda sahibkarlar tərəfindən və qiymətlərin aşağı olmasından narazılıq edirdilər. Biz onlara bütün prosedurları göstərirdik.

Tənzimlənən qiymətlər dolların məzənnəsinin 1.71 manat olan səviyyəsində müəyyənləşib. Və sonuncu dəfə bu 28 noyabr tarixində olub. O dövrdən isə dollar 1.96 manata qədər qalxsa da, dərmaların tənzimlənən qiymətləri dəyişməyib. Tənzimlənən qiymətlər 5 faiz yüksək məbləğdə satıldıqda artıq bizə siqnallar daxil olur".

 



Xəbər 4947 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.04.2025  18:13 

Bondarenko istefa verdi

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +