Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


08.02.2021  11:22 

Nazirlər Kabineti yeni qərarların izahını verdi





A+  A-

Nazirlər Kabineti 29 və 30 nömrəli qərarların izahını verib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən XəzərNews.az-a bildirilib ki, qərarlar Mədəniyyət nazirliyindəki struktur dəyişikliyinə uyğunlaşdırılıb.

“Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 4 nömrəli Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.

“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanına əsasən Mədəniyyət Nazirliyinin və nazirliyin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında əsasnamələr təsdiq edilib.

“Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı ilə Dövlət Turizm Agentliyinin Əsasnaməsi təsdiq edilib.

Eyni zamanda, həmin aktlara əsasən turizm sahəsində, habelə tabeliyindəki dövlət qoruqlarının ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Dövlət Turizm Agentliyi müəyyən edilib.

Müvafiq struktur dəyişikliyinə əsasən Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi zərurəti yaranıb.

Xəbər 2285 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +