Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


24.12.2020  10:43 

ABŞ-dan Belarusa növbəti sanksiya





A+  A-

ABŞ Maliyyə Nazirliyi 9 avqustda Belarusda keçirilən prezident seçkiləri və seçkidən sonrakı hadisələrin zorakılıqla yatırılmasında rol oynadıqlarına görə bəzi yüksək vəzifəli şəxslərə qarşı məhdudiyyət tətbiq edib.
XəzərNews.az xəbər verir ki, sanksiyalar Belarus daxili işlər nazirinin müavini və Cinayət Polisi Departamentinin direktoru Henadz Arkadziyeviç Kazakeviç, üç polis əməkdaşı və Mərkəzi Seçki Komissiyasına şamil edilib.

Bəyanatda Kazakeviçdən əlavə, Minsk Xüsusi Polis Bölməsi, Minsk Şəhər İdarəetmə Komitəsinin Daxili İşlər Baş İdarəsi, Minsk etirazlarına şiddətli müdaxilə edən və dövlət təhlükəsizliyində əhəmiyyətli bir xüsusi qüvvə olan “KGB Alfa” bölməsinin də sanksiya siyahısına salındığı bildirilib.

Maliyyə Nazirliyi əvvəllər sanksiya siyahısına daxil edilmiş Belarus MSK da daxil olmaqla, Prezident Aleksandr Lukaşenko və vitse-prezidentlərinə qarşı da məhdudiyyət tətbiq etdiyini açıqlayıb.

Nazirlik sanksiyalara əsasən, bu qurumların və şəxslərin mal varlıqlarının dondurulduğunu və ABŞ vətəndaşlarının sözügedən qurum, şəxslərlə hər hansı bir iş görməsinin qadağan olunduğunu qeyd edib.



Xəbər 1876 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +