Dələduzluq əməlində ittiham olunurdu, azadlığa buraxıldı
Onlayn mərc və qumar oyunları təşkil edən dəstə ifşa edildi
Biləcəridə küçə ticarəti narazılıq yaratdı
Vaşinqtonda yeni sülh prosesi olacaq - Politoloq
Jurnalistikada qabiliyyət imtahanı faydasızdır - Qulu Məhərrəmli
Maqomedovun 3 milyard dəyərində aktivləri dondurulub
Zelenski Malyukla nədən danışıb?
Stiv Vitkoffla Putin arasında görüş olub - Video
Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi
Rusiya Azərbaycanla hava və dəmir yolu... - Əlaqələr kəsilir?


30.06.2025  14:39 

Hava məkanını İsrailin nəzarətində olan İran anti-Azərbaycan siyasətindən niyə əl çəkmir?





A+  A-

"İsrail İranı məğlub etdi, İran bunu başa düşür. İranda bilirlər ki, bu gün də İranın bütün ərazisi, xüsusilə Tehranın hava məkanı İsrailin nəzarəti altındadır. Bu barədə İsrail Müdafiə Nazirliyinin verdiyi açıqlamaya İran tərəfindən heç bir təkzib gəlmədi. ABŞ və İsrail tərəfindən bundan daha əhəmiyyətsiz sözlərə İran rəsmiləri reaksiya verirlər, İranın hava məkanını “İsrailin nəzarətə alması” fikri hələ də təkzib olunmayıb. Əvəzində İran bir neçə dövləti, xüsusilə Azərbaycan Respublikasını hədəfə götürüb".

Bu barədə açıqlamanı XəzərNews.az-ın redaksiyasında keçirdiyi brifinqdə Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbıri, politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, bu onu göstərir ki, İran üçün ən böyük düşmən İsrail, ABŞ deyil:

"Bəlkə də İran İsrailin “buyruq qulu” olmasına hazırlaşır. ABŞ-la İran arasında danışıqların sonu İsrailin təhlükəsizliyi üzərində bitməlidir. İsrail də öz təhlükəsizliyinin parametrlərini təqdim edəcək, ABŞ o parametrlərə İranı razı salacaq. Bəlkə də İran qaça-qaça İsraillə əməkdaşlıq edəcək. İsraillə əməkdaşlığa qədər İran çalışır ki, mümkün qədər çox müsəlmanlara zərbə vursun. Çünki İsrailin xoşuna gəlməkdən ötrü bu vacib əlamətdir".

Politoloq qeyd edib ki, İran ən çox Azərbaycana zərbə vurmalıdır:

"Çünki Azərbaycan həm şiə müsəlmandır, həm də İran Azərbaycanı gələcəkdə İsraillə münasibətlərdə özü üçün rəqib kimi görür. Ona görə bütün gücünü Azərbaycanın üzərinə yönəldib. Təbii ki, İranın ətrafında olanların beyni nifrətlə, anti-Azərbaycançılıqla doludur. Ona görə onlar həqiqəti görə bilməzlər".


Xəbər 932 dəfə oxunub.




06.08.2025  22:23 

Dissertasiya səviyyəli kitab

06.08.2025  11:21 

Aida Tağızadə vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +