Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


04.12.2023  10:38 

Bu məktəb-liseydə qızılca xəstəliyi aşkarlandı





A+  A-

Paytaxtdakı Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksində qızılca xəstəliyi aşkarlanıb.

Xəzərnews.az xəbər verir ki, liseyin 5-ci sinifində yoluxma aşkarlandığı üçün sinif bağlanıb.

Dərslərin 14 gün müddətinə distant formada keçirilməsinə qərar verilib.

Qeyd edək ki, son günlər şagirdlər və tələbələr arasında qızılcaya yoluxma artıb.

Bir neçə gün əvvəl paytaxtdakı 195 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi, 9 yaşlı Rinatın qızılca xəstəliyi səbəbindən dünyasını dəyişdiyi, eyni zamanda, 200-dən çox yoluxma aşkarlandiği bildirilib. Bu barədə məktəbin direktoru Laçın Hüseynli öz sosial şəbəkə hesabında məlumat verib.

Həmçinin, ötən həftə bu xəstəlik səbəbindən Kürdəmir rayonunda 4 yaşlı Rüfət Qəribli vəfat etmişdi./Bakıpost.az

Xəbər 2697 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +