Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


17.10.2023  11:30 

Məhkəmə MEDİA-ya qarşı iddianı təmin etmədi





A+  A-

Bakı İnzibati Məhkəməsi “Gündəm xəbər” qəzeti redaksiyasının Media İnkişafı Agentliyinə qarşı iddiasını təmin etmədi. Qəzet ötən il Media Reyestrinə daxil edilməsi üçün Media Agentliyinə müraciət etmişdi. Ancaq agentlik qəzetin fəaliyyətinin davamlı olmaması (gündəlik 20 özəl xəbər yayma) əsası ilə imtina qərarı çıxarmışdı.

Xəzərnews.az xəbər verir ki, məlumatı media eksperti Xalid Ağalı paylaşıb.

Qeyd edək ki, həmin qərarın qanuniliyini mübahisələndirən Redaksiya məhkəmədən xahiş etmişdi ki, Agentliyin müvafiq qərarınıln ləğv edilməsi, qəzetin və onun sahibi olduğu onlayn media redaksiyasının Reyestrinə daxil edilməsi barədə qərarın çıxarılması öhdəliyinin Cavabdehin üzərinə qoyulmasını nəzərdə tutan qərar qəbul etsin.

6 aydan artıq davam edən prosesin sonunda məhkəmə (hakim Tural Məlikov) Agentliyin qərarını qanuni hesab edib, iddianı rədd edib. Apelyasiya şikayəti veriləcək.

Eyni məhkəmə bundan əvvəl doğruxeber.az onlayn media redaksiyasının iddiası üzrə də eyni məzmunlu qərar çıxarıb. Həmin işə apelyasiya instansiyasında baxılır.

Xəbər 1108 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +