Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


02.04.2023  11:11 

İran Azərbaycana etiraz notası təqdim edib





A+  A-

İran İslam Respublikasının Bakıdakı səfirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinə etiraz notası təqdim etdiyi deyilir.

XəzərNews.az xəbər verir ki, bu barədə İranın nüfuzlu mətbuat orqanlarında məlumat dərc olunub.

Qeyd olunur ki, nota “Azərbaycan mediasının İrana qarşı təhqiredici hərəkətləri” ilə bağlıdır.

“Mehr” xəbər agentliyinin məlumatına görə, İran Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələrindən verilən nota ilə bağlı bildirilib:

“Azərbaycan Respublikasının bəzi KİV-lərinin nalayiq və təhqiredici hərəkətlərinin davam etməsindən sonra İran İslam Respublikasının Bakıdakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə kəskin etiraz notası təqdim edib. Prosesin dayandırılması və buna görə kompensasiyanın ödənilməsi tələb edilib. Bu media əxlaqsızlığının davam etməsinin iki ölkə arasında gələcək münasibətlərə mənfi və zərərli nəticələri barədə xəbərdarlıq edilib”.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin rəsmi saytında və sosial şəbəkə hesablarında Azərbaycana etiraz notasının verilməsi ilə bağlı hər hansı məlumat dərc olunmayıb.


Xəbər 1177 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +