Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


28.09.2021  21:50 

“Məscidə donuz bağlayana dost deyəndən müsəlman olmaz“





A+  A-

"İranın belə reaksiyası gözlənilən idi. Bu açıqlamalar molla təfəkkürünün məhsuludu. İranın istənilən rəsmisinin açıqlaması mollanın fətvasıyla eynidi. Bunu biz Cavad Zərifin Qasim Süleymani haqda dediyi fikirlərdən sonra İranın ali dini liderinin açıqlamasında da gördük".

XəzərNews xəbər verir ki, bu barədə açıqlama ilə Azərbaycan Yüksəliş Partiyası Başqanı Anar Əsədli çıxış edib.

A.Əsədli bildirib ki, İranda siyasi qərarlar Qəyyumlar Şurası tərəfindən verilir:

"Qəyyumlar Şurasını isə Xamneyi özünə loyal olan şəxslərdən təyin edir. Mollanın da göstərişi ilə verilən qərar bu ola bilər ancaq. Digər tərəfdən, İran tərəfi anlamır ki, həmin sionist dedikləri Qarabağ müharibəsində Azərbaycana dəstək verənlər idi. Həmçinin əgər İslama hörmət edirlərsə, İslama dəyər verənlərin yanında olmalı, düşməniylə düşmən olmalıdırlar. Bundan əlavə, İran İsraillə Fələstinə görə mübarizə aparırsa, niyə öz ərazisində 1 nəfər də olsun, fələstinli qaçqın yoxdu? Ona görə də, bütün bu açıqlamaların nə din amiliylə, nə də əzilən tərəfə təəssübkeşlik amiliylə əlaqəsi var. Bunlar sadəcə türklərə qarşı tarixi fars düşmənçiliyinin yansımasıdır".

Xəbər 2401 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +