Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


11.08.2020  09:54 

Trampa qarşı sui-qəsd? - Ağ Evdə silahlı şəxs vuruldu





A+  A-

ABŞ prezidenti Donald Tramp Ağ Evdə mətbuat konfransı keçirərkən anidən şəxsi mühafizəsi tərəfindən konfrans salonundan çıxarıldı.
XəzərNews.az Amerika mediasına istinadən xəbər verir ki, Ağ Evin mühafizəçiləri prezidenti salondan çıxarsalar da, müxbirlərin buraxılmasına icazə verməyiblər. D. Tramp bir neçə dəqiqə sonra geri qayıdaraq və Ağ Evin binası yaxınlığında bir nəfərin vurulduğunu deyib. Təhlükəsizlik əməkdaşları tərəfindən vurulan şübhəlinin silahlı olduğunu qeyd edən prezident şəxsin xəstəxanaya göndərildiyini bildirib.

Xəstəxanaya yerləşdirilən şübhəlinin vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur. D. Tramp media nümayəndələrinə xüsusi xidmət orqanlarının araşdırma apardığını və hadisə ilə əlaqədar ətraflı açıqlama verəcəyini deyib.

Amerika prezidenti Ağ Evdə özünü güvəndə hiss etdiyini qeyd edərək, mətbuat konfransına davam edib.

Xəbər 1889 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +