Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


08.06.2020  09:57 

Mağaza və kafelərdə əməl edilməsi vacib olan QAYDALAR





A+  A-

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) karantin rejimindən mərhələli çıxış zamanı ictimai iaşə və ərzaq satışı müəssisələrində əməl edilməsi vacib olan qaydalar barədə maarifləndirici materiallar hazırlayıb.
XəzərNews.az AQTA-ya istinadən xəbər verir ki, materiallarda ictimai iaşə müəssisələrində işçilərin şəxsi gigiyena qaydalarına riayət etməsinin, mətbəxdə çalışan heyətin xüsusi iş geyimində olmasının, gündəlik ev geyiminin iş prosesində istifadəsinə yol verilməməsinin vacibliyi qeyd olunub.

Bildirilib ki, qida məhsulları ilə təmasda olarkən əlcək, tibbi maska, bone (baş örtüyü) kimi vasitələrdən istifadə edilməlidir.

Bununla yanaşı, diqqətə çatdırılıb: "Ayda bir dəfə profilaktik dezinfeksiya və deratizasiya işləri aparılmalı, bu zaman lisenziyalaşdırılmış və həmin sahədə ixtisaslaşmış müəssisələrin xidmətindən istifadə edilməlidir. Təlimatda qeyd edilmiş tövsiyələrə riayət olunmalı, dezinfeksiya işlərinin aparıldığı mühit havalandırılmalıdır”.

Həmçinin, ərzaq satışı müəssisələrində zalların və otaqların mütəmadi havalandırılması tövsiyə olunub.




Xəbər 2046 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +