Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


11.08.2017  08:46 

İstilərdən sonra nə olacaq?





A+  A-

Azərbaycanda havaların həddən artıq isti keçməsi ilə əlaqədar ölkə ərazisindəki çaylarda quraqlığın yaranması gözlənilmir.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

A.Verdiyev bildirib ki, son günlərdə ölkədə hava şəraitinin isti keçməsi və buxarlanmanın olması çaylara, xüsusən də dağ çaylarına öz təsirini göstərib: “Azərbaycanda bu cür hallar olub, 2014-cü ildə, ondan əvvəllər də belə hadisələr olub, ancaq artıq bu gün və sabah hava şəraitinin nisbətən yağıntılı keçməsi ilə əlaqədar çaylarda sululuğun artımı gözlənilir”.

A.Verdiyev vurğulayıb ki, adətən isti yay aylarında çayların məcrasında quraqlıq baş verir, lakin isti havaların ardınca yağışdan sonra çaylarda sululuq bərpa olunur.

Qeyd edək ki, ETSN-nin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, avqustun 11-də Azərbaycanın bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

Xəbər 1702 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +