Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


09.03.2017  11:19 

Milli Məclis sabah növbəti iclasa toplanacaq - GÜNDƏLİK





A+  A-

“Milli Məclisin yaz sessiyasının növbəti iclası martın 10-da keçiriləcək”.
Bunu Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

A.Təvəkküloğlu əlavə edib ki, parlamentin yaz sessiyasının növbəti iclasının gündəliyinə 8 məsələ daxil edilib.

Gündəlikdə bir sıra qanunlara dəyişiklər nəzərdə tutulur. Bunlar aşağıdakılardır:

1. “Telekommunikasiya haqqında” qanuna dəyişiklik;

2. "Lisenziya və icazələr haqqında” qanuna dəyişiklik;

3. “Sərhəd Qoşunları haqqında” qanuna dəyişiklik;

4. ”Dövlət sərhəddi haqqında” qanuna dəyişiklik;

5.”Məktəbəqədər təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda;

6. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik;

7.”Reklam haqqında” qanuna dəyişiklik;

8. ”Əmək pensiyaları haqqında”qanuna dəyişiklik.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyasının martın 7-də keçirilən plenar iclasının ikinci hissəsi "8 Mart- Beynəlxalq Qadınlar Günü" münasibətilə təxirə salınmışdı.

(modern.az)

Xəbər 3540 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +