Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


17.03.2025  11:26 

Tramp sabah Putinlə danışacaq





A+  A-

ABŞ prezidenti Donald Tramp martın 18-də Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırdığını bildirib.

XəzərNews.az xəbər verir ki, onun Floridadan Vaşinqtona uçarkən keçirdiyi brifinqdəki bəyanatını CNN telekanalı yayıb.

Trampın sözlərinə görə, onlar Putinlə Rusiyanın Ukraynadakı təcavüzünə son qoymaq barədə danışacaqlar.

"Həftə sonu çox iş görülüb və biz bu müharibəni bitirə biləcəyimizi görmək istəyirik. Bəlkə bacararıq, bəlkə də bacarmarıq, amma düşünürəm ki, bizim çox yaxşı şansımız var", - Tramp deyib.

Ağ Ev rəhbəri bunun telefon danışığı, yoxsa şəxsi görüş olacağını dəqiqləşdirməyib.

Martın 16-da ABŞ-ın xarici işlər üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Trampın Putinə zəng edəcəyini bildirib.

Xəbər 1541 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +