Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


28.07.2022  10:55 

Prezidentə müraciət etdi, problemi həll olundu





A+  A-

Bir neçə gün əvvəl rejissor, yazıçı və şair, Azərbaycanın Xalq artisti Əflatun Nemətzadə Bakıda ona qarşı mənzillə bağlı dələduzluq edildiyindən şikayət edib.

XəzərNews.az xəbər verir ki, Ankarada Qazi universitetinin professoru olan Əflatun Nemətzadənin şikayətini Haqqın.az saytı işıqlandırıb. Məlumata görə, Yazıçılar Birliyinin üzvü Ə.Nemətzadə 2017-ci ildə Ankarada olarkən Azərbaycan səfirliyindən ona zəng edilib və “Fədək” mənzil-tikinti kooperativinin nümayəndəsi görüşmək istədiyini bildirib. Nümayəndənin professorla görüşmək istəməsinə səbəb isə onun Bakıda sahib olduğu mənzil olub.

Şikayətçinin sözlərinə görə, Nemətzadə həmin şəxslə görüşdükdə şirkət nümayəndəsi professora müqavilə təqdim edib. Sözügedən müqaviləyə əsasən, professor Bakının Nəsimi rayonunda sahib olduğu mənzilinin yerləşdiyi evin sökülməsinə icazə verir və bunun müqabilində həmin ərazidə inşa olunacaq çoxmərtəbəli binada geniş əraziyə sahib mənzil əldə edəcək.

Sayt yazır ki, müqaviləyə əsasən, Nemətzadəyə yeni inşa olunan binada 20 kvadrat metr əlavə tikili ilə 118 kvadrat metr sahəsi olan yeni mənzil verilməli idi. Lakin daha sonradan şirkətin rəhbəri dəyişdiyindən əvvəlki layihə də ləğv olunub və yenisi hazırlanıb. Yeni layihəyə əsasən isə sakinlərə əlavə ödəniş qarşılığında 140-150 kvadrat metr sahəli mənzillər təklif olunub. Nəticədə isə Nemətzadə mənzilsiz qalıb.

Bunun ardınca, Ə. Nemətzadə Prezident İlham Əliyevlə şəxsən tanış olduğunu bildirərək ondan kömək istəyib. Professorun üzləşdiyi problem işıqlandırıldıqdan sonra onun məsələsinə tez bir zamanda reaksiya verilib.

Prezidentin göstərişi əsasında, bu məsələ dövlət orqanlarının nəzarəti altına götürülüb və öz həllini tapıb. Belə ki, Əflatun Nemətzadə ilə ona böyük əraziyə sahib mənzilin verilməsi ilə bağlı yeni müqavilə imzalanıb.

Bununla yanaşı, ev inşa olunana qədər Ə.Nemətzadə üçün mənzil icarəyə götürüləcək. Həmçinin professorun əvvəlcədən “Fədək” şirkətinə ödədiyi 10 min manat vəsaiti də geri qaytarılıb.

Xəbər 1985 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +